"Real Madrid"də ciddi dəyişiklik - KLUBU TƏRK EDİR

media-hightechnic-468x90

Zinəddin Zidan “Real Madrid” klubundan ayrılmaq qərarına gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabritsio Romano məlumat yayıb. 48 yaşlı mütəxəssis çalışanlarına və futbolçulara klubdan ayrılacağını bildirib. Yaxın saatlarda və ya günlərdə klub tərəfindən rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Fransalı baş məşqçini əvəzləyəcək əsas namizəd isə Massimiliano Alleqridir. “Kral klubu” mart ayından Alleqri ilə əlaqə saxlasa da, ona “İnter” və “Yuventus” klublarından da təkliflər gəlib. Alleqri bu günə qədər heç bir klubla danışıqlar aparmayaraq “Real Madrid”dən cavab gözlədiyi üçün klub onun bu hərəkətini yaxşı qiymətləndirir. Hal-hazırda Los Blancos üçün 2 real namizəd var: Max Alleqri və Conte.

Qeyd edək ki, bu, Zidanın “Real”dan ikinci gedişidir. O, sonuncu dəfə 2018-ci ilin yayında İspaniya nəhəngi ilə yollarını ayırmaq qərarına gəlmişdi.

Natavan

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa