“Real Madrid”dən möhtəşəm geridönüş
UEFA Çempionlar Liqasında ikinci finalçının da adı bəlli olub.
Yenicag.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyada İngiltərənin “Mançester Siti” klubunu 3:1 hesabı ilə məğlub edən “Real Madrid” həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Hesabı 73-cü dəqiqədə qonaqlardan Riyad Mahrez açıb. Meydan sahibləri 90-cı və 90-ci dəqiqələrdə Rodriqonun vurduğu qollarla ümumi hesabı bərabərləşdirib. Bu səbəbdən görüşdə əlavə vaxt oynanılıb. 95-ci dəqiqə Kərim Benzema penaltidən fərqlənməklə, 3-cü topu rəqibin qapısından keçirib və matç bu hesabla da yekunlaşıb.
Qeyd edək ki, komandalar arasındakı ilk görüşdə ingilislər 4-3 hesabı ilə qalib gəlmişdilər.