!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regionda GƏRGİNLİK: Münaqişələr Cənubi Qafqaza necə təsir edəcək? – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Azərbaycan Ermənistanla münasibətlərin hələ adını qoya bilməyib. Digər qonşulardan, Gürcüstan gözlənildiyinin əksinə olaraq, seçki prosesini sakit şəkildə yola verdi. Cənubi Qafqazda nisbətən sabitləşmə hiss olunsa da, İran, Rusiya və Türkiyə kimi qonşular böyük konfliktlərin içərisində olması düşündürücüdür.

İranın İsraillə toqquşması, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə, Türkiyənin isə terror təşkilatlarına qarşı savaşı hər keçən gün bir qədər də mürəkkəbləşir.

İran-İsrail toqquşmasına baxdıqda tərəflərin bir-birinə birbaşa endirdiyi zərbələr son dərəcə təmizdir. Yəni, İran İsrailin hərbi obyektlərini, İsrail də İranın hərbi obyektlərini hədəf alır. Ancaq tərəflərin dolayı yolla toqquşması bütün qanunları tapdalayaraq, həyata keçirilir. Misal üçün İsrailin fələstinlilərə, fələstinlilərin İsrailə qarşı savaşı başlı-başına müharibə cinayətləri ilə doludur. Eyniylə “Hizbullah”la İsrail toqquşması da bu qəbildəndir. Tərəflər bir-birini yer üzündən silməyə fokuslanıb. Ona görə də, özü soyqırıma məruz qalmış yəhudiləri soyqırım törətməkdə ittiham edirlər. Sahədə bunun detallarını görməmək mümkün deyil.

İran proqnozlaşdırılması ən çətin ölkələrdən biridir. İranla bağlı planları olan NATO, ABŞ və İsrail artıq iki dəfə düşünməyə məcbur qalıb. Bundan əlavə, iddialar var ki, Rusiya İrana 7 kompleks S-400 hava hücumundan müdafiə sistemi satıb. İranın Rusiyadan yaxın zamanda SU-35 hərbi təyyarələri alacağı da gözləniləndir. Dolayısı ilə İranın Rusiyanı, Rusiyanın da İranı yem etməyəcəyi aydın görsənir.

Yaxın Şərqdə müharibə alovlanandan sonra, xüsusilə İsrail-“Hizbullah” toqquşması Rusiyanın Ukrayna cəbhəsində əl-qolunu bir qədər açıb. Ruslar əvvəl ay ərzində bir neçə km irəliləyə bilirdilərsə, artıq günlük irəliləmələr 10 km-ə qədər çatır. Ona görə də hər gün Ukraynanın bir neçə kənd və qəsəbəsi işğala məruz qalır.

Zelenski “Kurskdakı atom elektrik stansiyasını istəsələr, tuta bilərdilər” tipli açıqlamalar verib. Düşünürəm ki, bu, publikaya oynamaqdan başqa bir şey deyil. Əksinə, düşünürəm ki, Ukrayna tuta bilsyədi, mütləq şəkildə Kurskdakı atom elektrik stansiyasını tutardı. Sadəcə olaraq, Ukraynanın buna gücü yetmədi. Zelenski Qərb mediasını Rusiya üzərində qələbə planlarını yaymaqda ittiham edir, tələb etdikləri raketlər barədə informasiyaları niyə işıqlandırdıqlarını sorğulayır. Nə qələbə planında, nə də tələb edilən raketlərdə qeyri-adi bir şey yoxdur. Görünür, Zelenski yeni alver predmeti axtarışındadır. Təsadüfi deyil ki, Donald Tramp Zelenskini “Yer üzünün ən böyük alverçisi” adlandırır.

Hesab edirəm ki, Ukraynanın vəziyyəti bir qədər də çətinləşəcək. Rusiya ABŞ-dəki seçkilərdən maksimum yararlanmaq üçün var gücü ilə işğalın miqyasını genişləndirməyə çalışacaq.

Türkiyəyə gəldikdə isə PKK və digər terror təşkilatlarının aktivliyi getdikcə artır. Hətta iddialar var ki, ABŞ və İsrail Suriya və İraqdakı terror təşkilatlarına dəstəyi bir qədər də artıracaq. Ümumiyyətlə, Türkiyəni başını öz daxilindən qaldıra bilməməsi üçün addımlar atılır və atılacağı da gözləniləndir.

Qonşu ölkələrin içərisində olduqları proseslərə baxdıqda Cənubi Qafqaz ölkələri sabit kimi görünür, ancaq bu o demək deyil ki, Cənubi Qafqaz üçün təhlükə bitib.

Hər nə qədər gürcülər inqilabçı kimi tanınsalar da, lidersizlik və Rusiya işğal edə bilər propaqandası öz işini görüb. Gürcülərin Avropadan vaz keçdiyini düşünmürəm, sadəcə, Avropa İttifaqının Rusiya ilə müharibə edin iddiası və bunun şüauraltına yerdilməsi öz sözünü dedi. Yəni, gürcülər, əslində, yaxşıya yox, pislər arasında yaxşısına səs verdi.

Gürcüstanda proseslər yekunlaşandan sonra növbənin Azərbaycan və Ermənistana gələcəyi gözləniləndir. Ancaq qısa zamanda sülh müqaviləsinin imzalanacağı ehtimalı yoxdur. Gürcüstan üzərində istəyinə demək olar ki, nail ola bilməyən Qərb çox güman Azərbaycan üzərinə gələcək. Çünki Qərb dairələri də bilir ki, Gürcüstandakı seçkilərdə rəsmi Bakı hazırkı hakimiyyətin qalmasını istəyirdi və bu yöndə addımlar da atıb. Azərbaycan üzərinə daha çox neqativ informasiya dalğasının gələcəyini düşünürəm. COP29 dövrü bunun üçün idealdır. Hətta bu yöndə addımların atılması üçün müəyyən işlərin görüldüyü, bəzi şəxslərin “oyadılması” prosesinə də start verildiyi yöndə informasiyalar var.

Qonşulardakı yanğınların alovu keçməsə də, tüstüsü boğacaq.

COP29

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv