Rəqs edən göydələn-Video,Fotolar
Dubayda heyrətamiz bir bina tikiləcək.
Bu tikilinin digərlərindən üstünlüyü və fərqliliyi ondan ibarətdir ki, binanın mərtəbələri hərəkət edəcək. Bu isə kənardan rəqs effekti yaradacaq.
80 mərtəbədən ibarət olacaq binanın tikinti xərcləri 700 milyon dollar təşkil edəcək.
Göydələn təkcə biznes mərkəzi, yaxud ofislər üçün nəzərdə tutulmayıb. Ən yuxarı mərtəbələrdə “penhauslar” olacaq. Oranın sahibləri rahat şəkildə öz avtomobillərini yük liftləri vasitəsilə mənzillərinə qədər qaldıra biləcəklər. Hərəkətli binanın zəngin sahibləri ofis, yaxud “penhaus”larının yerləşdiyi mərtəbənin hərəkətinə nəzarət edə biləcəklər.