Rəsmi Bakı Suriyada kilsədə törədilən terror aktını pisləyib

media-hightechnic-468x90

Azərbaycan Dəməşqdə kilsədə baş verən terror hücumuna görə Suriyaya başsağlığı verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.

“Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.

“Qurbanların ailələrinə və zorakılıq aktından zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk. Biz Suriya hökuməti və xalqı ilə həmrəyik, ekstremizmə qarşı birliyə çağırırıq”, – paylaşımda qeyd edilib.

Qeyd edək ki, ötən gün Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birində terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla yaralı var.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05