RƏSMİ: SDU-nun rektor əvəzi professorluqdan niyə məhrum edilib?

media-hightechnic-468x90

Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsinin səbəbi açıqlanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Sakin Cabbarov məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli qərarı ilə Əminağa Bəhmən oğlu Sadıqov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.2-ci yarımbəndinə əsasən elmi ad verilməsi proseduru pozulduğu səbəbindən professor elmi adından məhrum edilib.

Qeyd edək ki, bir müddət əvvəl Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsi ilə bağlı xəbərlər yayılmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa