Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olundu - FOTO

media-hightechnic-468x90

M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.

media-banner_tuq

TƏBİB-dən Yenicag.az-a verilən xəbərə görə, bu barədə TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. Əmrə əsasən, Pərviz Nadir oğlu Hacıyev Respublika Kliniki Uroloji Xəstəxanasının baş həkimi təyin edilib.

Pərviz Nadir oğlu Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb. Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirib. Özəl tibb müəssisəsində çalışıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05