!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəssamın 4 milyonunu oğurlayan azərbaycanlı saxlanıldı

!Reklam – Yazi

Rusiyanın Sankt-Peterburq şəhərində 2 il əvvəl oğurluq edən azərbaycanlı saxlanılıb. Cinayət axtarış şöbəsi Stieqlitz Akademiyasının dosenti olan rəssamdan 4 milyon rubl oğurlamaqda şübhəli bilinən 37 yaşlı Azərbaycan vətəndaşını Vnukovo hava limanında saxlayıb.

Yenicag.az lent.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti verib.

Hadisə 2023-cü ilin payızında baş verib. 64 yaşlı təqaüdçü Sankt-Peterburqun Petroqradski rayonunun polisinə müraciət edərək, oğurluqla bağlı məlumat verib. O, bir nəfərin ona məxsus Qatçinskaya ünvanında yerləşən emalatxanaya daxil olaraq onun şkafından 4 milyon 166 min rubl (təxminən 80 min 749 manat) oğurladığını və “Solaris”lə qaçdığını deyib.

Böyük oğurluqla bağlı cinayət işi araşdırılır.

www.yenicag.az

78
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv