!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Restoranlarda xidmət səviyyəsinin aşağı düşməsinin SƏBƏBİ - "Biznes qurumları da narazıdır" - ŞƏRH

!Reklam – Yazi

“Əksər kafe və restoranlar qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərir”.

Bu sözləri son aylar ölkədə xidmət göstərən əksər kafe və restoranların cərimələnməsi ilə bağlı məlumatların artmasına münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Eyyub Hüseynov qeyd edib ki, restoranlar şəbəkəsində qanunvericiliyin tələblərinə əməl olunmaması istehlakçılara göstərilən xidmət səviyyəsinin aşağı olmasına səbəb olub:

“İctimai iaşə obyektlərinin cərimələnməsinin başlıca səbəbi qanunvericiliyə uyğun fəaliyyət göstərməməsidir. Belə ki, kafe və restoranlar öz fəaliyyətləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyində reyestrdən keçməlidir. Qida zəncirində iştirak edən hər bir obyektin reyestri olmalıdır ki, ona nəzarət etmək imkanı olsun. Bura qidanı daşıyan, saxlayan, satan bütün obyektlər daxildir. Digər tərəfdən, pandemiya dövründə sanitar qaydalara əməl olunmaması cərimələrin sayının artmasına yol açıb.

Xidmətin yüksək səviyyədə göstərilməməsi ilə bağlı problem istehlakçıları narahat etdiyi kimi, biznes qurumlarını da narazı salır. Biznes qurumları cərimələrlə bağlı öz şikayətlərini edirlər. Bütün hallarda restoran şəbəkəsində fəaliyyətin normallaşdırılması üçün ciddi addımların atılması vacibdir. Yəni, sanitar normalara uyğun xidmət təmin edilməlidir. Öncəliklə kafe və restoranlarda pandemiyanın tələb etdiyi qaydalara əməl olunmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv