Rəsul Quliyev Azərbaycana qayıdır? - Açıqlama

media-hightechnic-468x90

Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsinin 30 ildən sonra ilk dəfə Bakıya gəlməsi maraqla qarşılanıb. Məlumatın ardınca Quliyevin də Azərbaycana qayıdıb-qayıtmayacağı müzakirə obyekti olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Gələcək Azərbaycan Partiyasının sədri, Rəsul Quliyevin ailəsinə yaxın olan Ağasif Şakiroğlu Globalinfo.az-a açıqlamasında onun Azərbaycana qayıtmaq niyyəti və təşəbbüsünün olmadığını bildirib.

A.Şakiroğlu Rəsul Quliyevin ailəsinin mühacir olub-olmaması məsələsinə də aydınlıq gətirib:

“Sabiq spikerin ailə üzvlərinin hamısı mühacir həyatı yaşamır. Onların arasında təhsil almaq məqsədi ilə köçənlər də var. Rəsul Quliyev ailəsi ilə birlikdə artıq 30 ilə yaxındır ki, ABŞ-da yaşayır”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05