Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) mətbuat katibi təyin olunub.
Qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Rəvanə Əliyeva mətbuat xidmətinin rəhbəri təyin edilib.
TƏBİB-dən Trend-ə verilən məlumata görə, R.Əliyeva buna qədər Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə uzun müddət müxtəlif qurumlarda fəaliyyət göstərib.