Rihanna bu dəfə qız anası oldu
Dünyaca məşhur müğənni Rihanna üçüncü dəfə ana olub.
Yenicag.az xəbər verir ki, iki oğlandan sonra qız arzusunda olan Rihanna körpəsi ilə çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşıb və “Rocki Irish Mayers, 13 sentyabr 2025” qeydini yazıb.
Bildirək ki, Rihanna və A$AP Rocky-nin 2022-ci il təvəllüdlü RZA və 2023-cü il təvəllüdlü Riot adlı iki oğlu var.