Ronaldo “Yuventus”un məşqlərinə qatılmaqdan imtina etdi

Ulduz futbolçu Kriştianu Ronaldo “Yuventus”un məşqlərində iştirak etmir.

Yenicag.az xəbər verir ki, idmanıçının bu addımına səbəb komanda yoldaşının yeni növ koronavirusa yoluxmasıdır.

Xatırladaq ki, ötən gün “Yuventus” klubunun müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxma faktı aşkarlanmışdı.

Hazırda Ronaldo Portuqaliyada Madeyra adasındadır. İdmançı komandadakı koronavirusla bağlı vəziyyətin həllini gözləyir.

Loading...