İngilis jurnalist və teleaparıcı Pirs Morqan Kriştianu Ronaldu ilə qalmaqallı müsahibədən fraqmentlər dərc etməyə davam edir.
Kriştianu isə artıq Portuqaliya millisi ilə Dünya Çempionatına hazırlaşır.
Müsahibədən sonra Kriştianu Ronaldu və onun “Mançester Yunayted”də də komanda yoldaşı olan Bruno Fernandes milli komandanın düşərgəsində qarşılaşıblar.
İkilinin soyunub-geyinmə otağındakı görüşü ilə bağlı video isə sosial şəbəkələrdə təəccübə səbəb olub. Belə ki, Ronaldunun uzatdığı əlini soyuq və laqeyd halda sıxan Fernandes daha sonra onunla danışmadan uzaqlaşıb.
Kriştianunun müsahibəsindən sonra “Mançester Yunayted”in futbolçularının, xüsusən də Dünya Çempionatında birlikdə oynayacaqları Fernandes və Dioqu Dalotun ona qarşı qəzəbli olacaqları gözlənilir./Oxu.az/
www.yenicag.az