Rövnəq Abdullayev danışılmış oyunlar barədə: “Sərt tədbirlər görüləcək”

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilir.

Yenicag.az xəbər verir ki, tədbiri çıxış sözü ilə açan qurumun prezidenti Rövnəq Abdullayev bir sıra məsələlərdən danışıb.

O, ölkə futbolunun inkişafı üçün bir sıra layihələrin həyata keçirilməsindən söz açmaqla yanaşı, ötən ilin yaddaqalan hadisələrini xatırladıb: “”Qarabağ”ın ötən il Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atdı. Bundan başqa 2019-cu il Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verildi. Qurban Qurbanov millimizin baş məşqçisi təyin olundu. Ötən dövr ərzində xoşagəlməz hallar da baş verdi. Danışılmış oyunlarla bağlı pozuntular aşkarlandı. Buna qarşı sərt tədbirlər görülüb. Bundan sonra da qanun çərçivisəində lazım olanlar ediləcək”.

COP29