“Sənə pislik edən adamı bağışlamaq olmaz. Bağışlayırsansa, demək ki, özünə hörmət eləmirsən”.
Yenicag.az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu “Günaydın Azərbaycan” verilişində deyib.
Özü də vaxtilə ona pislik edən adamları bağışladığını etiraf edən meyxanaçı sənət aləmində ikiüzlü insanların da çox olduğunu bildirib:
“Vaxtilə mən də bağışlayırdım. Amma indi o insanları bağışlamıram. Bu sənət aləmində o qədər üzə gülən saxta dostluqlar var. Bir məclisdə idik, tanınmış bir meyxanaçı məclisdə meyxana demədi, getdi. Sonradan ona zəng etdim, soruşdum ki, niyə meyxana demədin? Dedi, o kimdir, yaltağın biri, mən onunla heç vaxt meyxana demərəm. Üstündən bir az keçdi, həmin adamın ad günündə dedi, “qardaşımızın bu gün ad günüdür, təbrik edirəm”. O qədər belə şeylərin şahidi oluruq ki, qalırsan, belə ki, kimi inanasan?”
Nehru
www.yenicag.az