Rumıniyanın müdafiə naziri CV-dəki yanlışlığa görə istefa verib

media-hightechnic-468x90

Rumıniyanın milli müdafiə naziri İonut Moşteanu təhsili ilə bağlı qalmaqala görə istefa verib.

“Yenicag.az” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat dərc edib.

“Bu gün mən milli müdafiə naziri vəzifəsindən istefa ərizəmi təqdim etdim.Təhsilimlə bağlı müzakirələrin və illər əvvəl etdiyim səhvlərin hazırda ölkəyə rəhbərlik edənlərin diqqətini yayındırmasını istəmirəm”, –  KİV onun sözlərindən sitat gətirib.

Media araşdırmasına görə, Rumıniyanın müdafiə naziri İonuş Moşteanu ilk rəsmi tərcümeyi-halında yanlış təhsil məlumatı verib. O, Athenaeum Universitetini bitirdiyini iddia edib.

Moşteanu qeyri-dəqiqliyi sənədin onlayn şablondan istifadə edərək tələsik hazırlanması ilə izah edib və səhvlərə görə üzr istəyib.

Gülayə Mecid 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa