Rumıniyanın müdafiə naziri istefa verdi

media-hightechnic-468x90

Rumıniyanın müdafiə naziri Yonuts Moşteanu ali təhsilinə dair məlumatlarla bağlı yaranan qalmaqal fonunda istefa verib. Baş nazir İlie Bolojan bildirib ki, nazirin istefa ərizəsi qəbul olunub və müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası iqtisadiyyat, rəqəmsallaşma, sahibkarlıq və turizm naziri Radu Mirutsaya tapşırılacaq.

Yenicag.az xəbər verir ki, Y.Moşteanu sosial şəbəkədə açıqlamasında “təhsil məsələsinə dair müzakirələrin ölkənin gündəmini yayındırmaması üçün” vəzifədən getdiyini qeyd edib. O, qərarı barədə Rumıniya Prezidenti Nikuşor Dana, Baş nazir İlie Boločana və Rumıniyanın Xilas Birliyi (USR) Partiyasının rəhbərliyinə məlumat verib.

Y.Moşteanunun rəsmi tərcümeyi-halında Buxarestdəki Ateneum Universitetini bitirdiyi göstərilsə də, ali məktəb rəhbərliyi onun həmin universitetdə oxumadığını açıqlayıb. Daha sonra nazirin paytaxtdakı Bioterra Universitetində təhsil aldığı bəlli olub. Sənədlərə əsasən, o, 1995-ci ildə daxil olub, 2016-cı ildə buraxılış imtahanları verib, diplom isə 2018-ci ilə tarixlənib. 2015-ci ildən etibarən isə ali təhsil tələb edən vəzifələrdə – nəqliyyat nazirinin müşaviri və TAROM dövlət aviaşirkətinin idarə heyətinin üzvü kimi çalışıb.

Y.Moşteanu 23 iyunda müdafiə naziri təyin olunub. Bundan əvvəl USR partiyasından parlamentdə deputat və nəqliyyat nazirinin müşaviri olub.

Radu Mirutsanın müdafiə nazirinin vəzifələrini müvəqqəti icra etməsi üçün prezidentə təqdimat göndərilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa