‘Rus kabusu geri qayıdır’

media-hightechnic-468x90

Russian-flag-tank-soldier-1a-LLLLLLLLPolşanın eks-prezidentləri Lex Valensa, Aleksandr Kvasnevski və Bronislav Komorovski Avropa dövlətlərinə Rusiya hərbi aqressiyasının yenidən geri qayıtması haqqında məktub ünvanlayıblar.

media-banner_tkm

Məktubun mətnini TVN24 televiziyası yayıb. Prezidentlər müraciətlərində Avropanın vahidliyinin saxlanılmasının vacib olduğunu bildiriblər:

“Yalnız bütöv və inteqrasiya olunmuş Avropada bizim müasir dünyada dövr edən çətin proseslərdə iştirak etmək şanslarımız var. Parçalanıb tək qalsaq, yaxın gələcəkdə biz açıq səma altındakı muzey olacağıq. Avropa öz arzuları və gücünə inamını itirir. İnsanlar, xüsusilə də gənclər öz gələcəklərinə və təhlükəsizliklərinə inamı itirirlər. Artıq imperialist Rusiya tərəfdən hərbi aqressiya kabusu geri qayıdır. Dağılmış divarların yerində yeniləri ucaldılacaq. Avropanın vahidliyi və həmrəyliyi təhlükə altındadır”. /Axar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05