Rus ordusu Tiflisdə peyda oldu

media-hightechnic-468x90

84522Rusiya Ordusuna məxsus hərbi texnika Gürcüstanın paytaxtı Tiflis küçələrində peyda olub.

Yenicag.az anspress-ə istinadən bildirir ki, hərbi texnikanın Tiflisdə olduğu ilə bağlı fotoları gürcü bloqqerlər yayıblar.

Bildirilir ki, hərbi avtomobilərin hamısında Rusiya tranzit nömrələri olub. Bloqqerlərin sözlərinə görə, avtomobillər bir gecə Tiflisin mərkəzi rayonlarından birinə daxil olublar. Burada bir gecə qalandan sonra hərbi texnika naməlum istiqamətdə hərəkə ediblər.

Bloqqerlər bildirir ki, Rusiya Silahlı Qüvvələrinə məxsus ağır hərbi texnika Tiflisə gündüz saatlarında gəlsə də, gecə saatlarında ərazini tərk ediblər.

“Ehtimal edilir ki, Rusiyanın Cənub hərbi dairəsinin ağır texnikası Ermənistandakı 102 saylı hərbi bazaya getmək üçün Gürcüstan ərazisindən keçmək barədə “icazə” alıb”, – deyə bloqqer bildirir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600