Rusiya 4 ildə qızıldan 194 milyard dollar qazanıb
Rusiyanın qızıl ehtiyatları 2022-ci ilin fevral ayından bəri qiymətlərin artması sayəsində 194 milyard dollar artıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında qeyd olunub.
Bildirilib ki, 1 fevral 2022-ci il tarixinə Mərkəzi Bankın sərəncamında 132,3 milyard dollar dəyərində qızıl var idi. Lakin bu ilin 1 yanvar tarixində bu rəqəm artıq 326,5 milyard dollara çatıb.
Qızılın qiymətlərində əsas artım 2023-cü ildə başlayıb: həmin ilin əvvəlində bir troy unsiyası təxminən 1800 dollara başa gəlirdisə, indi demək olar ki, 4900 dollara çatıb.












