Rusiyanın Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Müdafiəsi üzrə Şurası BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türke göndərilən müraciətində erməni əsilli siyasətçi Andranik Mihraniyanın Ermənistana girişinin qadağan edilməsi məsələsini pisləyib.
Yenicag.az xəbər verir ki, bu barədə bəyanatda qeyd olunub.
“Biz sizi və beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinin qeyri-korrekt hərəkətlərini qınamağa çağırırıq, həmçinin xahiş edirik ki, öz təsir imkanlarınızdan və bütün mümkün vasitələrdən istifadə edəsiniz, rəsmi İrəvan üzərində Andranik Mihraniyanın hüquqlarının kobud şəkildə pozulmasının nəticələrini aradan qaldırmaq üçün təsir etməyə çalışın”, – müraciətdə qeyd olunub.
Məktubu Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Müdafiəsi üzrə Şuranın rəhbəri Valeri Fadeyev imzalayıb.
Xatırladaq ki, dekabr ayında Ermənistan hökuməti Andranik Mihraniyanın ölkəyə girişinə qadağa qoydu. “Zvartnots” hava limanında Mihraniyana ölkəyə girişinin qadağan edildiyi bildirilib. O, valideynlərinin məzarlarını ziyarət etmək üçün gəlmişdi. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi daha sonra açıqlama verərək bildirib ki, Rusiya hökuməti Mihraniyanın girişinə qoyulan qadağanı iki ölkə arasında olan dostluq münasibətlərinə zidd bir addım kimi qiymətləndirir.
www.yenicag.az