“Rusiya siyasətinə təsir gücü olmayanların Azərbaycanla bağlı bəyanatları da elə sıfırdır”.
Bu sözləri Rusiya-Azərbaycan münasibətlərinin indiki mərhələsi, tərəflər arasında qarşıdurma ehtimalını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Zərdüşt Əlizadə bildirib ki, Rusiya ilə Azərbaycanın müharibə etməsi mümkün deyil:
“Hər iki ölkə arasında anlaşma var, danışıqlar gedir. Əlbəttə ki, hər iki tərəfdə də fərqli yanaşmalar və baxışlar var. Heç bir müharibə, münaqişə, kəskin qarşıdurma ovqatı yoxdur. Hər iki tərəf bir-birinin maraqlarını anlayır və çalışır ki, öz maraqlarını daha üstün şəklə salsın”.
Səxavət Məmməd
www.yenicag.az