Rusiya Azərbaycan fındığını almaqdan imtina etdi

Azərbaycandan Rusiyanın Dağıstan Respublikasına aparılan 21 ton fındıq karantin obyektinin mövcudluğu səbəbindən sərhəddə saxlanılıb.

Yenicag.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Yük “Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Karantin fitosanitar nəzarəti nəticəsində fındıq ləpəsinin Rusiya ərazisinə buraxılması qadağan edilib.

Ekspertlərin rəyinə görə, fındıq ləpəsində karantin obyekti olan küsküotu aşkar olunub. Yük sahibi inzibati məsuliyyətə cəlb edilib.

Yenicag.Az