!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya belə təbliğatla Ermənistanı öz çətiri altında saxlayır” - ŞƏRH

!Reklam – Yazi

“Rus sülhməramlıları olmasa, Qarabağda bir erməni belə qalmayacaqdı”.

Bunu Putinin İrəvana səfərinə erməni cəmiyyətində yaranmış narazılığa münasibət bildirən politoloq Vüqar Qadirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, məsələ kifayət qədər ciddidir:

“Putin birmənalı olaraq Ermənistanın Rusiya orbitindən çıxmasına imkan vermir. Ukraynada məğlubiyyətə uğrayan Rusiya Cənubi Qafqazda mövqeyini itirmək istəmir.

44 günlük Vətən müharibəsindən sonra bir çoxu Paşinyan hakimiyyətinin devriləcəyini düşündü. Lakin Ermənistan cəmiyyəti müharibənin davam etməsində maraqlı deyil. Müharibə istəyən qüvvələr təəssüf ki, fəaliyyətdədir. Rusiyanın dəstəyi ilə problemin həll olunmasına imkan vermirlər.

KTMT-nin Ermənistanda iclas keçirməsi son çırpıntılar hesab oluna bilər. Rusiya çöksə belə Ermənistanı cəzalandırmaq üçün kifayət qədər böyük orduya sahibdir. Gümrüdə Rusiyanın hərbi bazası var. Qarabağda sülhməramlı adı atlında rus hərbçiləri yerləşib. Bir sözlə, Ermənistana izah etməyə çalışırlar ki, rus sülhməramlıları olmasa, Qarabağda bir erməni belə qalmayacaqdı. Rusiya belə təbliğatla Ermənistanı öz çətiri altında saxlamağa çalışır.

Paşinyan sülhməramlı adı altında Qərb qüvvələrinin regiona gəlməsinin tərəfdarıdır. Ancaq Rusiya buna imkan verməyəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv