“Rusiya bizim üçün çox şey ola bilər, …”

media-hightechnic-468x90

jMillət vəkili Vahid Əhmədov yenidən Rusiyapərəstlərin fəallaşmasından və Moskvaya aşkar hüsn-rəğbət sərgilənməsindən narahatlığını aşağıdakı fikirləriylə ifadə edib:

“Bəli, bunu heç kim dana bilməz ki, biz 200 illik müstəmləkə dönəmini kənara qoysaq, 70 il sovetlərin tərkibində yaşamışıq və iqtisadi-humanitar-mədəni əlaqələrimiz elə şəkildə genişlənib ki, hətta istəsək belə yaxın onillikdə həmin bağları qırmaq iqtidarında da deyilik. Digər tərəfdən, Rusiya bizim şimal qonşumuzdur və bu ölkə ilə yaxın qonşuluq-dostluq münaisbətlərini qoruyub saxlamaq dövlətçilik maraqlarımızdan irəli gəlir. Eyni zamanda nəzərə almalıyıq və alırıq ki, Rusiyada milyonlarla leqal və illeqal soydaşımız yaxşı-pis yaşayır və Azərbaycandakı ailələrinə də kifayət qədər vəsait göndərir.

Amma sadaladığım və qeyd etmədiyim bütün bu məqamlar heç də o anlama gəlməməlidir ki, Rusiya bizim üçün vaz keçə bilməyəcəyimiz bir dövlətdir və qəlbimiz Moskva saatı ilə döyünməli, atacağımız addımlarda Kremllə hesablaşmalı, “böyük qardaş” ritorikasını həzm etməliyik.

Mən Rusiyaya qarşı sərgilənən bu cür münasibəti qəbul etmirəm və qınayıram. Mən cənab prezidentin siyasi kursunu və apardığı strateji xəttin mahiyyətini dəqiq izləyirəm və müşahidələrim onu deməyə əsas verir ki, prezident İlham Əliyev çox unikal siyasət yürüdərək Azərbaycanın gələcəyini Avropa ailəsinə inteqrasiyada görür. Belə olan halda biz bir millət, vətəndaş və fərd olaraq bu kursa dəstək ifadə etməli, bütün dünyaya, dostlarımıza və düşmənlərimizə göstərməliyik ki, istəklərimiz nədir, hansı yolun yolçusuyuq və Avropadan da hansı umacaqlarımız var.

Mən ölkədəki bütün aktiv siyasi və ictimai kəsimin təmsilçilərinə, media kapitanlarına və fəal vətəndaş cəmiyyəti fəallarına müraciət edirəm ki, Rusiyapərəst açıqlamalara dərhal reaksiya bildirərək öz mövqelərini ortaya qoysunlar, prezidentə dəstək ifadə etsinlər və müstəqilliyimizin möhkəmlənməsinə öz töhfələrini versinlər. Rusiya bizim üçün çox şey ola bilər, amma heç vaxt hər şey ola bilməz.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600