“Rusiya Böyük Britaniya üçün təhlükəyə çevrilib”
Rəsmi London özünü və müttəfiqlərini qorumaq üçün addımlar atmalıdır. Rusiya Böyük Britaniya üçün təhlükəyə çevrilib.
Yenicag.az müsavat-a istinadən bildirir ki, bunu Böyük Britaniyanın kəşfiyyat təşkilatının (“MI6”) sabiq sədri Con Savers bildirib.
O bildirib ki, Rusiya dövlətimizə təhlükə yaradır. Bu cür təhlükələrlə mübarizə aparmaq üçün müdafiəyə daha çox pul sərf olunmalıdır: “Rusiya birbaşa Birləşmiş Krallığa yox, ətrafındakı ölkələrə birbaşa təhlükə yaradır. Rusiya bizə bir daha xatırladır ki, onların nüvə silahları var.”
Onun sözlərinə görə, Rusiya ilə ABŞ-ın bərabər olduğu yeganə səviyyə, nüvə səviyyəsidir. Biz 1962-ci il Kuba raket böhranının (Karib böhranı) təkrar olunmasını istəmirik. Biz məsələnin nüvə müharibəsi həddinə çatmağını istəmirik. Rusiya ilə bağlı məsələlərin dialoq vasitəsilə həllinə qadir olmalıyıq.”