Rusiya daxilindəki XAOS PLANI: “Qərb “parçala, hökmranlıq et” siyasətini daha çox sevir”

media-hightechnic-468x90

“Əgər NATO Rusiyaya qarşı mübarizə aparacaqsa yüksək ehtimal ki, sözügedən istiqamətdə addımlar atacaq”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

media-img_0389

O, Ukraynaya davamlı hücumlar fonunda bir neçə ildən sonra Rusiya ilə hərbi toqquşma ehtimalını göz önünə gətirən NATO qoşunların və silahların sayı ilə bağlı yeni hədəflər qoyması barədə yayılan xəbərləri şərh edib.

Politoloq bildirib ki, NATO ilə Rusiya arasında birbaşa müharibə nə bu gün, nə də gələcəkdə mümkün deyil:

“Bu, ilk növbədə Rusiyanın özü üçün fəlakətlə nəticələnə bilər. Artıq bir neçə ildir ki, Rusiya Ukrayna ilə müharibə aparır və bu münaqişə Avropanın qeyri-rəsmi dəstəyi ilə uzanır. Təsəvvür edin ki, bütün NATO ölkələri birləşib Rusiyaya qarşı savaş açır – belə bir müharibədə qalib gəlmək çətin görünür”.

Onun sözlərinə görə, bəzən NATO dedikdə yalnız Avropa nəzərdə tutulur:

“Amma NATO yalnız Avropa ölkələrindən ibarət deyil. Rusiyanın cənub sərhədlərində güclü Türkiyə var. Qərbdə isə artıq NATO-ya üzv olan İsveç, Finlandiya, Böyük Britaniya, Fransa və Almaniya yerləşir. Ən önəmlisi isə dünyanın ən güclü ordusuna sahib ABŞ NATO-nun üzvüdür. Əgər nüvə silahı ilə təhdid olacaqsa, NATO tərkibində elə ölkələr var ki, Rusiyadan daha güclü nüvə silahına sahibdir. Bundan əlavə, Qərb “parçala, hökmranlıq et” siyasətini daha çox sevir. Çünki daha az xərc tələb edən siyasətdir. Yəni Rusiya daxilində iğtişaşların törədilməsi, parçalanma ssenariləri daha real və daha az xərc tələb etdiyi üçün bu istiqamət əsas götürülə bilər. Əgər NATO Rusiyaya qarşı mübarizə aparacaqsa, yüksək ehtimal ki, sözügedən istiqamətdə addımlar atacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600