“Rusiya dəstək verdiyi müddətcə, …”
“Kremlin rəhbərliyi tərəfindən separatçılara silah yardımı edilməsi davam etdikcə şərqdəki problem həll olmayacaq”.
Bu sözləri Ukrayna Daxili işlər naziri Arseni Avakov deyib.
Erməni əsilli nazir bildirib ki, Donetskdə ordu nəzarəti ələ alıb və araşdırmalar aparılır. Donetskdə yerli nümayndələrlə bir araya gələn Avakov şəhərdə yaşayışın normal axarına düşməsi üçün çalışdıqlarını qeyd edib.
Şərq bölgəsinin sərhədlərində hələ də separatçılarla qarşıdurmaların davam etdirildiyini qeyd edən nazir ölkədə yaşananlarla bağlı Rusiyanı günahlandırdı.