Rusiyanın baş naziri Dmitriy Medvedyev 2017-ci il üçün xaricdən işçi kimi gələnlərlə bağlı sərəncam imzalayıb.
Yeniçağ.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Baş nazirin sərəncamına əsasən xaricdən işləmək üçün gələnlərin ümumi sayı 177 043 nəfər təşkil edəcək. 2016-cı illə müqayisədə kvota 18 % aşağı salınıb.
Qərara görə, Rusiya gələn ildən əcnəbi kadrlara daha çox üstünlük verəcək. Çünki bir sıra investisiya layihələri və 2017-2018-ci illərdə keçiriləcək futbol yarışları olacaq ki, qərar da buna istiqamətlənib.
Qeyd edək ki, 2016-cı il üçün xaricdən işləməyə gələnlərin sayı 22 faiz azaldılıb.
Yeniçağ.az
www.yenicag.az