Rusiya Fəridənin ekstradisiyasını tələb etdi

media-hightechnic-468x90

Rusiya Çexiyadan “Rossiya-1” telekanalında “Vesti” verilişinin keçmiş aparıcısı Fəridə Kurbanqaleyevanın ekstradisiyasını tələb edib.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Feysbuk səhifəsində yazıb.

Kurbanqaleyeva Çexiya polisinin ekstradisiya işinə görə ona vəkil təyin edilməsi barədə məktubunu dərc edib:

“Məktubda ekstradisiya tələbimin konkret nə ilə bağlı olduğu deyilmir, amma güman edirəm ki, söhbət ötən ilin yayında mənə qarşı açılan iki cinayət işindən gedir”.

Sənəddə bildirilir ki, işə Praqa məhkəməsi baxacaq.

Qeyd edək ki, ötən ilin iyununda Moskva məhkəməsi keçmiş dövlət televiziyasının aparıcısını terrora haqq qazandırmaq və müharibə saxtakarlığı yaymaqda ittiham edərək qiyabi həbs edib./axar.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600