Rusiya-Finlandiya sərhədi 2025-ci ilin qışının sonundan tez açılacaq.
Yenicag.az yerli “47news” portalına istinadla xəbər verir ki, bu yaxınlarda Rusiya Sərhəd Xidməti və Finlandiya Sərhəd Mühafizəsi sərhədlərin açılması imkanını müzakirə edib.
Portal yazır ki, Finlandiyada Rusiyadan turist axınının dayanması səbəbindən kəskin iqtisadi problem yaranıb. Qeyd olunur ki, hazırda finlər bu siyasətdən narazıdırlar:
“Çünki müharibədən əvvəl Sankt-Peterburq sakinləri və Leninqrad vilayətinin sakinləri onlara maddi stimul verirdilər. İkinci problem isə qarşılıqlıdır: belə ki, bir çox ailələrin möhkəm ailə bağları mövcud olsa da, indi üz-üzə ünsiyyət praktiki olaraq onlar üçün kəsilib. Finlər etiraf ediblər ki, onların sərhədçiləri siyasi mübarizə elementinə çevrilib və bununla bağlı hələlik heç nə etmək mümkün deyil. May ayında da eyni müzakirədə finlər tərəfindən sərhədlərin açılması mövzusu qaldırılsa da, prosesdə heç nə dəyişməyib”.
Nəsimi Ələsgərli
www.yenicag.az