Rusiya Gürcüstanın yeni ərazisini ələ keçirdi

media-hightechnic-468x90

hhhhhhRusiya hərbçiləri Gürcüstanın Cənubi Osetiya ilə təmas xəttində daha bir kəndini ələ keçirib.

Bununla da onlar yeni baryerlərini Qori rayonunun Kere kəndində qurublar.

Qeyd edək ki, Gürcüstanın dərinliklərinə irəliləyən rus hərbçiləri qısa bir zaman içində 500 metr uzunluğunda yeni məftil səddi də çəkiblər. Vurğulanır ki, əgər bu işğalın qarşısı alınmasa, Gürcüstanın tarixi üç kilsə-məbədi və bir qəbiristanlıq qarşı tərəfin ərazisində qalacaq.

Xatırladaq ki, məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Naziri qarşı tərəfə sorğu göndərsə də, rəsmi Tiflisin müraciətinə hələ də cavab verilməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600