!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya hərbçiləri bir müddət Bakıda yaşamış məşhur şairin Ukraynadakı muzeyini dağıdıblar – FOTOLAR

!Reklam – Yazi

1924-25-ci illərdə Bakıda yaşamış şair Sergey Yeseninin Ukraynanın Xarkov şəhərində yerləşən muzeyi hərbi əməliyyatlar zamanı dağıdılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın “İctimai” kanalı yayıb.

Qeyd olunur ki, Yeseninin dağıdılan muzeyi Xarkovun Kiyev rayonundakı orta məktəbin əsas korpusunda yerləşirdi.

Bu haqda danışan məktəbin rus dili və ədəbiyyatı ilə Ukrayna dili müəllimi, 40 illik pedaqoji stajı olan Svetlana Bredun muzeyin Rusiyanın raket zərbələrindən sonra dağıdıldığını deyib. Pedaqoq hadisəyə görə üzülərək ağladığını bildirib:

“Bütün bunları görüb nə hiss etmək olar? Allahsızlar… Martın 25-də yaşadığım evə də mərmi düşmüşdü. İstərdim ki, onlar necə “xilaskar” olduqlarını görəydilər. Artıq burada Rusiyaya aid heç nə qalmayacaq”.

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv