Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində rus ordusu ukraynalı yazıçı Vladimir Vakulenkonu və onun oğlu Vitalini əsir götürüblər.
Yenicag.az xəbər verir ki, bu barədə Feysbukda yazıçının keçmiş həyat yoldaşı İrina Novitskaya məlumat verib.
“Dünən martın sonundan şübhələndiyim təsdiqləndi. İzyum könüllüsü və yazıçı, keçmiş ərim və oğlumuzun atası Vladimir Vakulenko ya rus əsgərləri, ya da rus hakimiyyət nümayəndələri tərəfindən əsir olaraq aparılıb. Onun sonrakı taleyi, Vitaliyin taleyi kimi, naməlumdur”, – o bildirib.
www.yenicag.az