Rusiya ilə ABŞ arasında "Navalnı" gərginliyi: Moskva Vaşinqtona nota verdi

media-hightechnic-468x90

Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbsindən sonra ölkəni bürüyən kütləvi etiraz aksiyalarına Amerika Birləşmiş Ştatlarının (ABŞ) Moskvadakı səfirliyinin sosial şəbəkələr üzərindən dəstək verməsi iki ölkə rasında gərginlik yaradıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova səfirliyin ölkədəki aksiyalara dəstək məqsədli paylaşımlarına görə ABŞ-a etiraz notası verildiyini bildirib.

“Pervıy kanal”a müsahibə verən Zaxarova səfirliyin bu davranışının Rusiyanın daxili işlərinə müdaxilə olduğunu qeyd edərək ABŞ-ni Rusiya qanunlarına riayət etməyə səsləyib.

Zaxarova, “Amerika səfirliyinin sosial şəbəkələrdə və internet resurslarında Rusiyanın bir sıra şəhərlərindəki icazəsiz aksiyaları dəstəkləyən mesajlar paylaşmasına görə ABŞ tərəfinə etiraz notası verilib”, – deyə vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05