!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya müharibənin dayandırılması üçün şərtlərini açıqladı – Ukraynadan SƏRT CAVAB

!Reklam – Yazi

Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiya əməliyyatların dayandırılması üçün şərtlərini açıqlayıb.

Yenicag.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “İnterfaks”a müsahibəsində savaşın dayandırılması üçün Moskvanın şərtlərini təqdim edib.

Nazir müavini bildirib ki, sülh razılaşmasının əldə olunması üçün Ukrayna neytral və nüvə silahına malik olmayan ölkə statusu qeyri-nüvə statusunu qəbul etməlidir:

“Ukrayna Krımı Rusiyanın tərkib hissəsi kimi tanımalıdır. Müqavilə Ukraynanın neytral və nüvə silahı olmayan ölkə statusunu təsdiq etməli və mövcud ərazi reallıqlarını, o cümlədən Krımın, Donetsk və Luqanks “xalq respublikaları”nın statusunu etiraf etməlidir”.

Rusiyanın bu şərtlərinə Ukraynanın cavabı gecikməyib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin Rusiyaya hər hansı ərazi güzəştinə getməyəcəyini bəyan edib. O, əlavə olaraq bildirib ki, Moskva ilə Kiyev arasında danışıqlar aparılmır.

www.yenicag.az

965
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv