!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya NATO qırıcılarının hədəfində

!Reklam – Yazi

71615NATO irimiqyaslı “Swift Response-2015” təlimlərə başlayıb. Bu hərbi təşkilat “soyuq müharibə” dövründən bu yana Avropada ən böyük hərbi təlim keçirməklə Rusiyaya gözdağı vermək istəyir.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, təlimlərdə NATO-nun 11 ölkəsindən beş minə yaxın hərbçi qatılıb. Təbii ki, bu addım rəsmi Moskva tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bu məsələ Dövlət Dumasında deputatlar arasında ciddi müzakirələrə səbəb olub və onlar NATO-nun Avropada təlimlərini müdafiə məşqi kimi yox, çox təhlükəli və təxribat xarakterli addım kimi dəyərləndiriblər.
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Komoyedov söyləyib ki, belə vəziyyətdə Rusiya cavab vermək əzmindədir və hərbi qüvvələrini hazırlıq vəziyyətində saxlayır. Təbii ki, bu təlimlər Ukraynanın şərqində son gərginliyi daha da alovlandırır.

Pentaqon rəsmiləri bildiriblər ki, təlimlərdə məqsəd Şimali Atlantika blokunun Avropanın təhlükəsialiyini qorumağa qadir olduğunu nümayiş etdirməkdir.
“Müharibə oyunları” adı verilən təlimdə NATO hərbçiləri Almaniya, İtaliya, Bolqarıstan və Rumıniya üzərində uçuşlar həyata keçirirlər. Avqustun 15-dən başlayan təlimlər sentyabrın 13-dək davam edəcək.

Bu il iyulun 7-də NATO Gürcüstan ilə birgə hərbi təlimlər keçirib. Tiflisdən 20 kilometr aralıda yerləşən Vaziani hərbi bazasında təlimlər iki həftə davam edib və təlimlərə Gürcüstandan başqa, ABŞ, Latviya, Litva, Rumıniya və Bolqarıstan da qatılıb.

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv