Rusiya nüvə sınaqlarına qadağa müqaviləsindən çıxdı

media-hightechnic-468x90

Rusiya Dövlət Duması Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilənin ratifikasiyasının geri götürülməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının rəsmi “Telegram” kanalında məlumat dərc olunub.

Qanun layihəsi üzrə səsverməni şərh edən Dumanın spikeri Vyaçeslav Volodin yazıb ki, ratifikasiyanın geri götürülməsi ABŞ-nin CTBT-ni ratifikasiya etməkdən imtina etməsi fonunda Rusiyanın təhlükəsizliyinin təmin olunmasına töhfə verməlidir: “Vaşinqton nəhayət başa düşməlidir ki, onların hegemonluğu yaxşı heç nəyə gətirib çıxarmır. Qarşılıqlı hörmət, ikili standartların olmaması, suveren dövlətlərin işlərinə qarışmamaq prinsipləri üzrə dialoqa ehtiyac var. Rusiya Federasiyası öz vətəndaşlarını qorumaq və qlobal strateji paritetin qorunub saxlanmasını təmin etmək üçün hər şeyi edəcək”./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600