Rusiya “oyuna qayıdır” – İrəvan bu dəfə Moskvaya NƏ VƏD EDİR?

media-hightechnic-468x90

“Rusiyadakı erməni lobbisi Ermənistan hökumətinə təzyiq edir ki, Rusiya ilə əlaqələri möhkəmləndirmək lazımdır”.

Bu sözləri Rusiya ilə Ermənistan arasında son zamanlar artan diplomatik görüşlər və bunun regiona təsirini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

media-qabil-huseynli-2_-8
Qabil Hüseynli

O, bildirib ki, Rusiya yenidən Cənubi Qafqazı öz təsir dairəsinə almaq istəyir:

“Ermənistan sanki Qərbyönümlü, Avropa İttifaqına doğru atdığı addımların dərhal nəticə verəcəyini düşünürdü. Ermənistanın Qərbdən aldığı maddi və mənəvi dəstək onları qane etmir. Üstəlik də Rusiya ilə münasibətləri tam korlamaq niyyətində deyillər. Rusiyadakı erməni lobbisi ABŞ-dəki erməni lobbisindən də güclüdür. Rusiyadakı erməni lobbisi Ermənistan hökumətinə təzyiq edir ki, Moskva ilə əlaqələri möhkəmləndirmək lazımdır. Rusiya Cənubi Qafqazdan çıxmaq istəmir, əksinə, burada öz mövqelərini möhkəmləndirmək istəyir. Hətta bunun üçün lazım olan vəsait də xərcləməyə hazırdır. Hələ ki bu vəsaiti Ermənistana xərcləyir. Bir sözlə, Ermənistanla Rusiya arasında münasibətlər yumşalır. Gələcəkdə bu yumşalma isti münasibətlərə də çevrilə bilər. Bu da Rusiyanın Cənubi Qafqazda mövqelərinin yenidən möhkəmlənməsinə gətirib çıxara bilər. Rusiyanın Gürcüstanla münasibəti elə də pis deyil, Ermənistanla münasibətlər də yaxşılaşır. Azərbaycanla münasibətləri yaxşılaşdırmaq isə Rusiya üçün o qədər çətin deyil”.

Q. Hüseynli əmindir ki, Rusiya özünün gələcək siyasi prioritetlərini çox geniş götürüb:

“Ruslar buraya Orta Asiya respublikaları, Çini və Şimali Koreyanı da daxil edir. İnandırıcı deyil ki, Rusiyanın əlində olan imkanlar, resurslar bu qədər geniş coğrafiyada ambisiyalarını həyata keçirməyə imkan versin. Ukrayna müharibəsinin sonunu gözləmək lazımdır. İnanmıram ki, Rusiya bu müharibədən qalib çıxsın, bölgədə özünü hakimi-mütləq elan etsin. Qarşıda ciddi aşırımlar var. Zənnimcə, Rusiya özünün müharibə resurslarını tükətməkdə olan, dediyimiz istiqamətlərdə mübarizə aparmaq gücünü tamamilə itirmiş bir ölkədir”.

Səxavət Məmməd

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600