Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı keçirir
Rusiya Prezidenti Vladimir Putin deyib ki, Viktor Yanukoviçin siyasi gələcəyi yoxdur.
“Onun siyasi gələcəyi yoxdur. Mən bunu ona demişəm. Rusiya onun taleyində yalnız humanist nöqteyi-nəzərdən iştirak edib. Ukraynada onu öldürə bilərdilər”, – V.Putin deyib.
Putin həmçinin deyib ki, Yanukoviçə 21 fevral anlaşmasından sonra milisi Kiyevdən çıxarmamağı məsləhət görüb.
“Mən ona dedim ki, bunu etməsin. Dedim ki, sizdə xaos və anarxiya baş alıb gedəcək. İnsanlara yazığınız gəlsin. O qulaq asmadı və mənin dediyim xaos başladı”.