Rusiya Qırğızıstana yardım edəcək

media-hightechnic-468x90

lpoRusiya Gömrük İttifaqına qoşulmaq üçün Qırğızıstana 1,2 milyard dollar yardım ayıracaq.

Bu açıqlama ilə Qırğızıstanın iqtisadiyyat naziri Temir Sariyev çıxış edib. O, ayrılacaq pulun 200 milyon dollarının Qırğızıstanın Gömrük İttifaqına qoşulması zamanı “yol xəritəsi”nin həyata keçirilməsi üçün istifadə olunacağını deyib. Ümumiyyətlə, bütün bu prosedurlara görə, rəsmi Bişkekə 377 milyon dolların lazım olacağı qeyd edilib.

Qeyd edək ki, tərəflər arasında razılaşma Qırğızıstan Prezidentinin iştirakı ilə mayın 29-da Astanada keçirilən görüş zamanı baş tutub. Bu vaxta qədər isə Qırğızıstan Gömrük İttifaqına daxil olmamaq ehtimalının olduğunu bəyan etmişdi. Əsas kimi isə ölkənin Gömrük İttifaqının tələblərinə cavab verməməsi göstərilmişdi. Ölkə rəhbərliyi bu problemin aradan qaldırılması üçün müəyyən miqdarda kreditin ayrılması ilə bağlı Rusiyaya müraciət etmişdi.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600