Rusiya tezliklə Ermənistanda yeni baş konsulluq AÇACAQ

media-hightechnic-468x90

Rusiya tezliklə Ermənistanda yeni baş konsulluq açacaq.

Yenicag.az xəbər verir ki, bunu “Komsomolskaya Pravda”ya müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov təsdiqləyib.

“Artıq konsulluğun açılması ilə bağlı qərar qəbul edilib və dövlətlərin səlahiyyətli orqanları ilə razılaşdırılıb. Konsulluqlar Qafan (Ermənistan), Aktau (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Denpasar (İndoneziya) və Male (Maldiv Respublikası) şəhərlərində açılacaq”, – Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.

Qeyd edək ki, Qafandakı Baş Konsulluq Gümrüdən sonra Rusiya Federasiyasının Ermənistandakı ikinci Baş Konsulluğu olacaq. Bundan əvvəl Rusiya hökuməti müvafiq sazişi təsdiqləmişdi. Ermənistan tərəfi də öz razılığını verib. Baş Konsulluğun açılışı ilə bağlı konkret tarixlər dəqiqləşdirilməyib.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600