Rusiya üçün “AĞIR GECƏ” – Kiyev danışıqlara üstün YOLLANIR

media-hightechnic-468x90

“Ukrayna kəşfiyyatının Rusiyanın strateji hərbi aerodromlarını pilotsuz aparatlarla vurması Rusiya üçün gözlənilməz olsa da, həm də çox ciddi imic itkisi oldu. Bu kimi hücumların qarşısını almağın çətinliyini nəzərə alsaq, Rusiyanın başına gələn bu hadisə bütün dövlətlərin başına gələ bilər”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

media-1490e0db4a-fotojet-3

Siyasi təhlilçi ötən gün Ukrayna ordusunun dornlarla Rusiya ərazisinə həyata keçirdiyi genişmiqyaslı hücumun detallarını şərh edib.

Onun sözlərinə görə, Rusiyanın İstanbul danışıqları öncəsi bu hücuma məruz qalması Kremlin əlini zəiflətdi:

“Hesab edirəm ki, Kreml danışıqlar günü buna cavab verə bilər. Danışıqlar onsuz da görüntü xatirinə aparılır. Görünən odur ki, Ukraynanın bu əməliyyatı il yarımdır hazırlaması və ABŞ-ni bundan xəbərdar etməsi Qərbin razılığı ilə olub. Məlumatın məxfi qalması da məlumatlı tərəflərin bunda maraqlı olduğunu isbat edir. Görünür, Rusiyaya belə bir hücumun olmasında Qərb də konkret olaraq maraqlı olub.

İstanbul görüşündə mütləq bu məsələnin müzakirə olunacağı və Rusiya tərəfinin ciddi hədələr edəcəyi gözləniləndir. Hesab edirəm ki, bu hadisə iki ölkənin münasibətlərini daha da mürəkkəbləşəcək və bir-birilərindən daha da uzaqlaşdıraraq, müharibəni yeni qanlı fazaya keçirəcək”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600