Rusiya üçün SONUN BAŞLANĞICI – “Təxminən 6-8 ay sonra...”

media-hightechnic-468x90

“Müharibə uzandıqca, onu davam etdirmək çətin olur”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.

media-xaqanicafarli

O, nüfuzlu “Financial Times” nəşrinin Putin Rusiyasının iqtisadi gücünün tükənməsi ilə bağlı yayımladığı analitik məqaləni şərh edib.

Xatırladaq ki, məqalədə Rusiyanın müharibə iqtisadiyyatında gərginlik artdıqca, Putinin evdə çətin seçimlərlə üzləşməsi barədə informasiyalar yer alıb.

Prosesləri şərh edən analitik əlavə edib ki, Rusiya da indi eyni çətinliklə üzləşib:

“Müharibənin bir saatına Rusiya dövlət büdcəsindən 2 milyard rubl xərcləmir. Müharibə nəticəsində meydana çıxan əlavə xərcləri də əlavə edəndə bu rəqəm daha da böyüyür. Qərbin sanksiyaları ilə üzləşən Rusiyanın müharibəni davam etdirməsi Çinə ciddi güzəştlər verir. Elə bir vəziyyət yaranıb ki, Rusiya Çinin vassalına çevrilir. Putin müharibəni davam etdirdikcə, Çindən asılılıq daha da artacaq. Rus xalqının hərbi-siyasi elitası isə başlarına gələn bu faciəyə etiraz etmək qabiliyyətini itirdiyi üçün sonda Rusiya parçalanacaq. Bu proses təxminən 6-8 ay sonra baş verə bilər”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa