!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya üçün təhlükəli MƏRHƏLƏ: “Moskva Zəngəzur dəhlizindəki marağından vaz keçməyib”

!Reklam – Yazi

“Rusiya-Ukrayna savaşında Rusiya üçün daha təhlükəli bir mərhələ başlayıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya lideri Vladimir Putinin sürpriz Azərbaycan səfəri ilə bağlı fikirlərini bölüşərkən politoloq Oktay Qasımov deyib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın Kursk vilayətinin bir qismini nəzarət altına alıb və belə bir məqamda Vladimir Putinin Azərbaycana səfər etməsi, təbii ki, diqqətçəkici bir səfər olaraq qiymətləndirilir:

“Nəzərə almaq lazımdır ki, Rusiyanın həm də Cənubi Qafqazda müəyyən problemləri var. Əslində, bölgə üzərində Qərblə ciddi geosiyasi rəqabət və savaş davam etməkdədir. Rusiyanın təhlükəsizliyi üçün burada da müəyyən təhdidlər yaranmağa başlayıb. Çünki həm Rusiyanın Ermənistanda nüfuzu xeyli dərəcədə zəifləyib, həm də Rusiyanın ənənəvi vassalı olan Ermənistan vasitəsilə Moskvanın bölgədən çıxarılıb, təsirinin azaldılmasına yönəlmiş konkret addımlar atılır. Eyni zamanda, İsrail-İran münasibətlərinin Cənubi Qafqaza təsirləri kimi məsələlər gündəm mövzularıdır ki, Putinin Azərbaycana səfəri də məhz belə bir dövrə təsadüf edib. Bu baxımdan, Putinin Azərbaycan Prezidenti ilə müzakirə etdiyi kifayət qədər məsələlərin olduğunu deyə bilərik”.

“O ki qaldı Putinin Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi ilə bağlı vasitəçiliyə hazır olması haqqındakı fikirlərinə, təbii ki, Rusiya hesab edir ki, 2 əsrdən artıq Qafqazda onun maraqları mövcud olub və Rusiya bölgənin əsas gücü olaraq fəaliyyət göstərir. Təbii ki, Cənubi Qafqazda da öz təsir imkanları və maraqlarını qorumaq üçün Putin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak etmək istəyir. Heç təsadüfi deyil ki, Putinin səfəri qabağı Kremldən verilən açıqlamalarda məhz Moskvanın hansı məsələləri müzakirə edəcəyi açıq şəkildə bildirilmişdi. Orada xüsusi olaraq qeyd olunmuşdu ki, müzakirə mövzuları Rusiyanın vasitəçiliyi ilə keçirilmiş görüşdə əldə olunmuş razılaşmalar və imzalanmış müqavilələrə uyğun aparılmalıdır”, – deyə o, əlavə edib.

O. Qasımova görə, Yəni Rusiya həm Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində moderatorluq etməklə yanaşı, eyni zamanda, Zəngəzur dəhlizindəki marağından da vaz keçməyib:

“Məhz Rusiyanın sülh prosesində aktiv iştirak etmək niyyətləri də bölgədə özünün təsir imkanlarını qoruyub saxlamaq və bunun nəticəsində də bölgədən kənar qüvvələri regiona buraxmamaq kimi hədəfləri mövcuddur. Lakin Rusiyanın buna gücünün çatıb çatmayacağı kifayət qədər problematik bir məsələdir. Nəzərə almalıyıq ki, Azərbaycan və İran və Türkiyə kənar güclərin bölgəyə qarışmasını istəmir. Bu baxımdan da Putinin Azərbaycana səfəri diqqət çəkici oldu”.

Rafi Müslümov

COP29

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv