!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 107-ci GÜNÜ: Narahatlıq duyan Avropa ölkələri müharibəni dayandırmaq üçün nə edir? - TƏHLİL

!Reklam – Yazi

107 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 544 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 303 ədəd, səhra artilleriyası və minaatanlar – 581 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 252 ədəd, HHM sistemi – 112 ədəd, təyyarələr – 227 ədəd, helikopterlər – 175 ədəd, qanadlı raket – 133 ədəd, PUA – 48 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 355 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 043 ədəd, səhra artilleriyası və minaatanlar – 1 762 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 479 ədəd, HHM sistemi – 349 ədəd, təyyarələr – 191 ədəd, helikopterlər – 138 ədəd, PUA – 1 063 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 107-ci gündə döyüşlər Severodonetsk, Baxmut, Luqansk, Xarkov, İzyum, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətində davam etdi və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş vermədi:

“107-ci gündə tərəflərin taktiki səviyyədə intensiv artilleriya dueli davam etdi. Rusiya qoşunları hücumlarını davam etdirməyə, Ukrayna qoşunları isə onları dayandırmağa çalışdı.

Ukrayna qoşunları Rusiya tərəfindən ələ keçirilən Xerson şəhəri ətrafına çıxmağa cəhd etdilər. Əyalət mərkəzində döyüşlər davam etdi. Ukrayna aviasiyası rusların Xerson vilayətində yerləşən beş yaşayış məntəqəsindəki qruplaşmalarını vurdu.

Gün ərzində Ukrayna artilleriya bölmələri tərəfindən ruslar tərəfdən döyüşən “Vaqner” hərbi fərdi kompaniyasının bir bölüyə qədər qüvvəsi olan bazası vuruldu. Bölük Luqansk vilayətində, Kadievka stadionunda yerləşirdi. Nəticədə Rusiya ordusunun yüzlərlə əsgər və zabitinin öldüyü bildirilir.

Düşünürəm ki, önümüzdəki günlərdə də Rusiya-Ukrayna münaqişəsi əsasən artilleriya müharibəsi olaraq davam edəcək. Rusiyanın hər 10-15 artilleriya vasitəsinə qarşılıq Ukraynanın yalnız 1 artilleriya vasitəsi var. Yəni on beşin birə nisbətində artileriya “dueli” həyata keçirilir. Qüvvələr nisbətinin Rusiyanın xeyrinə olması səbəbindən Ukrayna qoşunları onlara tutarlı cavab verə bilmir. Müharibənin bu mərhələsində isə Rusiya artilleriya bölmələrinin Ukrayna müdafiəçilərinə ciddi itki verdiyinin şahidi olduq. Amma müharibə artilleriya bölmələri səviyyəsində davam edərsə, Ukraynanın şansının çox az olduğunu görərərik.

Ukrayna hərbi təyyarəsi Sum vilayəti üzərində Rusiya qanadlı raketini məhv edib.

Ruslar Slavyanska hücum hazırlıqlarını davam etdirdi. Severodonetskə hücumu davam etdirirlər. Onlar şəxsi heyətin itkilərinin yerini doldurmağa çətinlik çəkirlər.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov dünən bildirdi ki, “Ukraynaya verilən silahlar çox azdır. Ukrayna 150 iriçaplı artilleriya qurğusu alıb. Qalib gəlməyimiz üçün bizə 155 mm-lik 1000 artilleriya lüləsi, ən azı 500 “Leopard” kimi müasir tank, ən azı 2000 zirehli transportyor və piyada döyüş maşını lazımdır. Bundan əlavə 100-150 reaktiv yaylım atəş sisitemi lazımdır”.

Ukrayna ordusunun ard-arda uğursuzluqlarının səbəbinin bu cür izahatı heç də təəccüblü deyil.

DXR-nın Ali Məhkəməsi Kiyev tərəfində döyüşlərdə iştirak etmiş britaniyalı Eyden Aslin və Şon Pinneri, mərakeşli Brahim Saadunu ölüm cəzasına məhkum edib.
Maraqlı yanaşmadır. Məsajı anlamaq çətin deyil.

Mərkəzi və Şərqi Avropanın doqquz ölkəsinin liderləri NATO-dan Rusiyanın Ukraynaya müdaxiləsindən sonra şərq cinahını gücləndirməyi xahiş ediblər.

Bu gün İsveçrə Rusiya Federasiyasına qarşı sanksiyalara qoşuldu.

Artıq Avropa ölkələri təhlükənin onların sərhədlərinə yaxınlaşdığından narahatlıq duyurlar.

Bu səbəbdən Rusiyanın bu mərhələdə müharibəni dayandırması üçün yollar arayırlar. Rusiyanın bunu etməsi üçün ona güzəştə gedilməli olan bir çox şey var.

Ukrayna isə güzəştə hazır olmadığını və sona qədər vuruşacağını bəyan edir.

Bu yanaşmaların fonunda kimin daha praqmatik davranacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

832
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv