Rusiya XİN-dən Ermənistana: "Bu məsələlər zarafat deyil"
Enerji təhlükəsizliyi məsələləri zarafat mövzusu deyil.
Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova deyib.
O, bildirib ki, Rusiya Ermənistanın nüvə sənayesində uzun illər etibarlı tərəfdaşı olub. Hazırda tərəflər Ermənistanın Metsamor nüvə elektrik stansiyasının fəaliyyət müddətini 2036-cı ilə qədər uzatmaq üzərində işləyirlər.
Zaxarova enerji təhlükəsizliyinin ciddi məsələ olduğunu vurğulayaraq qeyd edib ki, bu sahədə məsuliyyətsiz yanaşmaq olmaz. Eyni zamanda o, digər ölkələrin təcrübəsini nümunə göstərib.
O, həmçinin Rusiya nüvə sənayesində kiçik güclü stansiyalardan istifadə edən yeganə ölkə olduğunu və tərəfdaşlara sınaqdan keçmiş həllər təklif etdiyini əlavə edib.
Nəsimi Ələsgərli













