Rusiya XİN-dən Ermənistandakı aksiyalarla bağlı AÇIQLAMA

media-hightechnic-468x90

Moskva Ermənistanda baş verən siyasi prosesləri ölkənin daxili işi hesab edir. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“İrəvanda və respublikanın vilayətlərində keçirilən etiraz aksiyalarına gəlincə, mühakimə edə bildiyimiz qədər, digər məsələlərlə yanaşı, insanların narazılığına anklav kəndlərində sərhəd xəttinin ədalətli müəyyən edilməməsi səbəb olur. Yenə deyirəm, mən ancaq bu haqda açıq deyən insanların fikrini sitat gətirirəm. İstənilən halda biz gedən siyasi prosesləri Ermənistanın daxili problemi kimi qiymətləndiririk”, – deyə diplomat deyib. /unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600