Rusiya yeni “əməliyyat”a başlayır – XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Rusiya ordusu ukraynalıları ruhdan salmaq üçün əks-hücum mövzusundan istifadə edərək, genişmiqyaslı informasiya-psixoloji əməliyyat hazırlayır.

Yenicag.az xəbər verir ki, bununla bağlı Ukrayna ordusunun Strateji Kommunikasiyalar Mərkəzi xəbərdarlıq edib.

“Rusiya sosial şəbəkələr və Teleqram kanalları vasitəsilə Ukrayna ordusunun “məğlubiyyətlərini” nümayiş etdirərək əvvəlcədən hazırlanmış köhnə foto və videoları yaymağa başlayacaq. Xüsusilə də vurulmuş texnika, ölü və əsirləri göstərəcəklər. Həmçinin, düşmən ictimaiyyəti çaşdırmaq üçün Ukrayna əks-hücumunun uğursuz əməliyyatları haqqında “hesabat” da verəcək. Rusiya təbliğatçıları başlamayan əks-hücumun “istiqamətləri” və Ukrayna qoşunlarının itkiləri barədə yalan məlumatlar yayacaqlar”, – məlumatda qeyd edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa